20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Karateçilərimiz Macarıstanda 8 medal qazandılar

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.

Ənənəvi “Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılıb. Macarıstandakı yarış və sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir beynəlxalq turnir, oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıyır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30