20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Rafiq Hüseynov finalda!

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə qeyri-olimpiya çəki dərəcələri olan 55 kq, 63 kq, 72 kq və 82 kq-da mübarizə gedir. Bu gün 4 idmançımız mübarizəyə qoşulub.

Qeyd edək ki, ilk yarış gününə yarımfinal görüşləri ilə yekun vurulacaq. Bürünc medal uğrunda və final qarşılaşmaları sabah keçiriləcək.

55 kq

Eldəniz Əzizli 1/8 finalda Manjet Manjeti (Hindistan) məğlub edib. Əzizlinin 1/4 finaldakı rəqibi monqolustanlı Davabandi Munx Erdende olub. Bu dəfə də qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi qazaxıstanlı Xorlan Jakanşa olub. Görüş güləşçimizin 5:11 hesablı yenilgisi ilə tamamlanıb. Əzizli sabah bürünc medal uğrunda yarışacaq.

82 kq

Rafiq Hüseynov təsnifat mərhələsində Mihail Bradunu (Moldova) üstələyib. 18 finalda təmsilçimiz ukraynalı Yuri Şkryuba ilə üz-üzə gəlib. Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0. Güləşçimizin növbəti rəqibi qazaxıstanlı Maxat Yerejepov olub. Görüş Hüseynovun vaxtından əvvəl qələbəsi ilə yekunlaşıb - 7:1. Hüseynovun yarımfinaldakı rəqibi iranlı Said Morad Abvali olub. Gərgin keçən görüşdə 8:5 hesabı ilə qalib gələn güləşçimiz finala adlayıb. O, həlledici qarşılaşmada gürcüstanlı Laşa Qobadze ilə üz-üzə gələcək.

63 kq

Elman Muxtarov 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb. 

72 kq

Sənan Süleymanov əvvəlcə təsnifat mərhələsində Dominik Etlingeri (Xorvatiya), daha sonra isə 1/8 finalda gürcüstanlı Yuri Lomadzeni məğlub edib. Təssüf ki, güləşçimiz 1/4 finalda macarıstanlı Balint Koprasi ilə bacarmayıb və yarımfinaldan kənar qalıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30