25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan idmanı tarixində ilk

Tarixdə ilk dəfə olaraq Azərbaycan təmsilçisi 49 ölkənin qatıldığı Para Velosiped idman növü üzrə Dünya Çempionatında iştirak edir.

Futbolxeber.az saytının məlumatına görə, Hollandiyanın Emmen şəhərində baş tutan yarışda ölkəmizi velosiped idman növü üzrə paralimpiya yığma komandasının üzvü Mehman Ramazanzadə təmsil edib.

İdmançımız bu gün 20.8 kilometr məsafədə 18 ölkənin təmsilçisi ilə yarışıb. Bu yarış fərdi xarakter daşıyıb. Hər bir idmançı trasa fərdi olaraq çıxıb və sonda finişə ən tez çatmış idmançıların nəticələrinə əsasən qaliblər müəyyən olunub.

Azərbaycan təmsilçisi bazar günü qrup yarışlarında da iştirak edəcək.

Xatırladaq ki, para-velosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.

Onu da qeyd edək ki, hazırda Azərbaycanın Uşaq Paralimpiya Komitəsində para velosiped idman növü üzrə də seksiyalar təşkil edilir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30