29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Üzgüçümüz Dünya Çempionatında bürünc medal qazandı

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov Dünya Çempionatında bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən yarışların 5-ci günündə idmançımız Brass üsulu ilə yarışıb.

O, 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.

Beləliklə, idmançımız lisenziya xalları toplayaraq "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb.

Qeyd edək ki, 17 yaşlı Vəli İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.

Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandamızın digər üzvü Roman Saleh çıxış edib. O belüstü yarışlarda 2-ci yeri qazanaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə yarışda isə 3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.

Beləliklə, Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası "London 2019" para üzgüçülük üzrə Dünya Çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31