18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Millimizin üzvləri 22-ci “Budapeşt Open”də yarışacaqlar

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri 14-15 sentyabr tarixlərində Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər.

Futbolxeber.az saytına Karate federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun verdiyi məlumata görə, yeniyetmə və gənclərin baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə qadınların baş məşqçisi Deniz Morozovla birgə, 13 idmançı var. 14-15- yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev və Fərid Savadov (-52 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (-61kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (-48 kq), Polina Hurenko (-53 kq) və Ayla Rzazadə (-59 kq), 21 yaşadək gənclərdə isə  Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) yarışacaq.

Macarıstandakı yarışın oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən əməkdar məşqçi A.Allahverdiyev, bu məqsədlə oğlanların sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir yarışda iştirak edəcəklərini söyləyib.

Ənənəvi “Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30