28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Türkiyə yenə finalda uduzdu

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Ankarada keçirilən final oyununda Türkiyə ilə son Avropa çempionu Serbiya qarşılaşıb.

Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə yığması həlledici – beşinci setdə 9:6 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda məğlub olub. Bununla da serblər ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionu olublar.

Qitə birinciliyinin bürünc medallarını isə Polşanı 3:0 hesabı ilə məğlub edən İtaliya yığması qazanıb.

Qeyd edək ki, Arvopa çempionatında iştirak edən Azərbaycan millisi 1/8 finalda Bolqarıstana uduzaraq mübarizəni dayandırmışdı.

Avropa çempionatı

Final

8 sentyabr

Serbiya - Türkiyə 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)

III yer uğrunda oyun

İtaliya - Polşa 3:0 (25:23, 25:20, 26:24)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31