23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Millimizin üzvləri Tokioya yollandılar

Azərbaycan milli komandasının üzvləri 6-8 sentyabrda Tokioda Karate 1 Premyer Liqa turnirinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun Futbolxeber.az saytına vediyi məlumata görə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 10 idmançı var. Məşqçilərdən kumite üzrə kişilərin baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, eləcə də beynəlxalq hakim Cahangir Babayev komanda ilə bir yerdədir.

Məşqçilər heyəti Premyer liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının iştrak etməsini məqbul sayıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (-68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək.

Dünya Karate Federasiyasının (WKF) Karate1 Seriyasından Premyer Liqa turnirlərinin 5-ci mərhələsində 79 ölkədən 649 idmançı mübarizə aparacaq. Movsümün sonunacan liqanın Moskva (4-6 oktyabr) və Madrid (29 noyabr - 1 dekabr) mərhələləri var. Premyer Liqa turnirlərində hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də Olimpiya reytinq xalları hesablanır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30