20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Elmar Qasımov 5-ci oldu

Tokioda keçirilən dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha iki cüdomuz mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb.

Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə qarşılaşıb və bu dəfə 96 saniyəyə ipponla qələbə qazanıb. Yarımfinala gedən yolda onun rəqibi hollandiyalı Mixael Korrel olub. Qasımov bu rəqibini də ipponla məğlub edərək mərhələni adlayıb. O, final uğrunda mübarizədə portuqaliyalı Jorje Fonseka ilə üz-üzə gəlib və rəqibinə məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda yarışıb. Lakin bu dəfə də Aaron Volfla uduzub və mundialı 5-ci yerdə tamamlayıb.

Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30