29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Avro-2019: Millimizin 1/8 finaldakı rəqibi müəyyənləşdi

Ankara, Lodz, Budapeşt və Bratislavada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub və 1/8 finalda qarşılaşacaq cütlüklər müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunu ikinci yerdə tamamlayan Azərbaycan yığması 1/8 finalda A qrupunun üçüncüsü - Bolqarıstanla üz-üzə gələcək. Görüş sentyabrın 1-də, Budapeştdə keçiriləcək.

Qeyd edək ki, Bolqarıstan millisi A qrupunu 6 xalla üçüncü yerdə tamamlayıb. İlk 3 görüşündə (Fransa 2:3, Serbiya 1:3, Türkiyə 1:3) uduzan bolqarlar son 2 görüşdə qələbə qazanmaqla (Yunanıstan 3:0, Finlandiya 3:0) 1/8 finala adlayıblar.

Yığmamız 1/8 finalda qələbə qazansa, 1/4 finalda Serbiya - Rumıniya cütünün qalibi ilə üz-üzə gələcək. Həmin matç sentyabrın 4-də Ankarada oynanılacaq.

Əlavə edək ki, Avropa çempionatının 1/8 final mərhələsindəki digər 6 cütlük belədir:

İtaliya - Slovakiya

Rusiya - Belçika

Türkiyə - Xorvatiya

Hollandiya - Yunanıstan

Polşa - İspaniya

Almaniya - Sloveniya

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31