29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Karateçilərimiz Rizədə 47 medal qazandılar

23-25 avqust tarixlərində Rizədə Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı sona yetib.

Azərbaycan Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun Futbolxeber.az saytına verdiyi məlumata görə, ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 qızıl, 14 gümüş və 17 bürünc medalla ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutublar.

Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb.

Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qaradəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31