29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Dünya çempionatı: daha 3 cüdoçumuz çıxışını başa vurdu

Tokioda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə daha 3 Azərbaycan idmançısı tatamiyə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda Misir idmançısına uduzaraq mundialda mübarizəni dayandırıb.

İlk görüşlərini qalib başa vuran qadın cüdoçularımız Gültac Məmmədəliyeva və Larisa Florian (hər ikisi 52 kq) növbəti qarşılaşmalarda məğlub olublar.

Avqustun 27-də dünya çempionatında daha 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək. Rüstəm Orucov, Hidayət Heydərov və İçinxorlo Munxtsedev Tokioda mübarizəyə qoşulacaq.

Xatırladaq ki, yarışın ilk günündə Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı (48 kq)  və Leyla Əliyeva (48 kq) mübarizəni erkən başa vuraraq medalsız qalıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31