20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Millimiz Macarıstana qalib gəldi

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunda yer alan Azərbaycan millisi bu gün 3-cü turda yığmamızın yer aldığı qrupa ev sahibliyi edən Macarıstanla qarşılaşıb. Görüş Covanni Kapraranın komandasının 3:0 hesablı qələbəsi ilə tamamlanlb.

Bu qələbədən sonra 3 oyundan aktivində cəmi 5 xalı olan yığmamız qrupda üçüncüdür. Xorvatiyanı 3:0 hesabı ilə üstələyən Holladiya 9 xalla qrupumuzun vahid lideridir. Rumıniya isə 6 xalla ikinidir.

Azərbaycan millisi növbəti oyununu avqustun 28-də qrupujn autsayderi Estoniyaya qarşı keçirəcək. Bu görüşün aşkar favoriti olan yığmamız qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Son turda isə qızlarımız Rumıniya ilə üz-üzə gələcəklər. 

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Avropa çempionatı

C qrupu, III tur

26 avqust

Macarıstan - Azərbaycan 0:3 (21:25, 15:25, 22:25)

Budapeşt. Lasso Pappa adına İdman Arenası   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30