25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Sadıq Sadıqov milli üzvləri ilə görüşdü

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Azərbaycan Cüdo Federasiyasından Futbolxeber.az saytına verilən məlumata görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.

Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Hər iki mütəxəssis, həmçinin, millimizin üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokio şəhərində keçiriləcək. Olimpiya Oyunları öncəsi son dünya çempionatında 148 ölkənin cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30