25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan millisində müvəqqəti baş məşqçi

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.

Onun qarşısına 7-21 sentyabrda Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30