18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Abbasov üçün “qızıl”, Şəriəti üçün "bürünc" şansı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

87 kq çəkidə mübarizə aparan İslam Abbasov 1/8 finalda serbiyalı Nikolay Dobrevlə qarşılaşıb  və 8:0 hesabı ilə qalib gəlib. Güləşçimiz 1/4 finalda Viktor Lorinçzlə (Macarıstan) qarşılaşıb. Rəqibinə 3:0 hesab ilə qalib gələn Abbasov yarımfinalda xorvat İvan Hukleklə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan güləşçimiz adını finala yazdırıb. O, həlledici qarşılaşmada sabah ukraynalı Yan Belenyukla üz-üzə gələcək.

Orxan Nuriyev (97 kq) 1/8 finalda avtriyalı Daniel Qastlla güləşib. Görüş rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Qastl növbəti mərhələdə uduzduğundan, Nuriyevin bürünc şansı da qalmayıb.

130 kiloda yarışan Sabah Şəriəti isə 1/8 finalda xorvatiyalı Ante Milkoviçlə qarşılaşıb. O, rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq 1/4 finala  yüksəlib. İdmançımız bu mərhələdə Yakobi Kajaya (Gürcüstan) ilə görüşüb və rəqibinə uduzub - 4:10. Gürcü idmançı finala qədər irəlilədiyindən Şəriəti bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. Onun ilk rəqibi litvalı Romas Fridrikas olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30