25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Avropa Oyunlarında Azərbaycan - Ermənistan finalı

"Minsk 2019" 2-ci Avropa Oyunlarında sambo yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finalda litvalı Gintaras Katkusa qalib gəlib - 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub. Səmədov bu görüşdə 4:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.

Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Təsəlliverici görüşdə estoniyalı Vadim Fominə qalib gələn C. Qarayev bürünc medal uğrunda Gürcüstan idmançısı Gennadi Çirqadze ilə mübarizə aparacaq.

Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora məğlub olub - 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryanla qarşılaşıb və 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30