28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Samboçumuz erməniyə qalib gəldi

Azərbaycan idmançıları Belarusda keçirilən II Avropa Oyunlarında növbəti medallarını qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, sambo yarışlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn samboçumuz çıxışını medalla başa vurub.

68 kq çəki dərəcəsində yarışan Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edərək, bürünc medal qazanıb.

Qeyd edək ki, bununla da Azərbaycanın Avropa oyunlarındakı medal sayı 3-ə çatıb. Daha əvvəl akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütlüyü "gümüş" qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31