29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Leyla Əliyeva idmançılarımızla görüşdü

İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.

Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.

Atletlər Kəndinin meri, Belarus Təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın “Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31