25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

İdmançımız Belçikada çempion oldu

Bu ilin iyulunda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər.

Futbolxeber.az saytının məlumatına görə, təlim-məşq prosesi çərçivəsində idmançılarımız bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 km məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini 1-ci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalı zamanı iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30