20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Bakı çempionatının qalibləri məlumdur

2019-cu il üçün təsdiq olunmuş vahid idman təqvim planına əsasən keçirilən fərdi və qrup ötüşməsi üzrə Bakı çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib. Fərdi ötüşmə yarışları Qala yolunda, qrup ötüşməsi isə Veloparkda baş tutub.

15 yaşadək oğlan və qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri Hüseyn Nərimanov və Radha Şabanova həm 10 km məsafəyə fərdi, həm də 6 km məsafəyə qrup ötüşməsində bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutublar.

17 yaşadək qızlar arasında 10 km məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko, 16 km məsafəyə qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Məleykə İsgəndərova qələbə qazanıb. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında “Neftçi” İdman Klubu İctimai Birliyinin nümayəndəsi Nofəl Nuriyev 10 km məsafəyə fərdi ötüşmə yarışında çempion olub. 24 km məsafəyə qrup ötüşməsinə gəlincə, bu növdə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov bütün rəqiblərini qabaqlayıb.

Gənc qızların 20 km məsafəyə fərdi ötüşməsi Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Xankişiyevanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Elfanə Camalova isə 24 km-ə qrup ötüşməsində 1-ci yeri tutub.

Oğlanların gənclər və U23 yaş kateqoriyasında isə 20 km məsafəyə fərdi ötüşmə yarışı “Neftçi” İdman Klubu İctimai Birliyinin yetirməsi Mahmud Məmmədovun (“Lviv” Cycling Team) hamını qabaqlaması ilə yadda qalıb. 32 km məsafəyə qrup ötüşməsinə gəlincə, burada qələbəni 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Əmral Əbdüləzizli bayram edib. Fərqlənən idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30