19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Karateçilərimiz üçün növbəti sınaq

Azərbaycan karateçiləri daha bir mötəbər yarış ərəfəsindədirlər.

Futbolxeber.az saytının məlumatına görə, əsas milli komandanı həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turniri gözləyir. 19-21 aprel tarixlərində nüfuzlu yarışda 14 idmançımız iştirak edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), həmçinin, Şahin Atamov və Asiman Qurbanlı (+84 kq) yer alıb.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretskanın (-68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Romah Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə liqa turnirinə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Karate1 Premyer Liqa turnirin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq. Nəticələr dünya və olimpiya reytinq cədvəlinə təsir edəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30