24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Cəbrayıl Həsənov: “Çempion olmağı çox arzulayırdım”

"Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında 79 kq. çəkidə qızıl medal qazanan Cəbrayıl Həsənov deyib. 2010 və 2011-ci illərdə Avropa çempionu olan idmançımız 8 illik fasilədən sonra titul həsrətinə son qoyub. 6-cı dəfə turnirin finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl indi həm də üçqat Avropa çempionudur. Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:

"Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".

Qeyd edək ki, Həsənovun finaldakı rəqibi rusiyalı Əhməd Qazıməhəmmədov zədə səbəbindən döşək üzərinə çıxmadığından, həmyerlimiz vaxtından əvvəl çempion olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30