24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

"Shamkir Chess 2019"un qalibi müəyyənləşdi

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Şəhriyar Məmmədyarov qara fiqurlarla  autsayder Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

8 turdan sonra turnir cədvəli: 1. Maqnus Karlsen - 6 xal; 2-3. Sergey Karyakin,  Aleksandr Qrişuk - 4,5 xal; 4-5. Vişvanatan Anand, Teymur Rəcəbov - 4 xal; 6-8. David Navara, Veselin Topalov, Liren Dinq - 3,5 xal; 9. Şəhriyar Məmmədyarov - 3 xal; 10. Aniş Giri - 2,5 xal

         

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30