25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Avropa çempionatı: 3 güləşçimiz finalda

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.

65 kiloda mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra - 1/8 finalda Ermənistan təmsilçisi Vazgen Tevanyanı məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Naçin Kuları üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz 1/2 finalda Maksim Sakultan (Moldova) məğlub edərək (12:2) finala çıxıb.

O, finalda Selahəttin Kılıcsallayanla  (Türkiyə) qarşılaşacaq.

70 kq-da yarışan Ağahüseyn Mustafayev isə təsnifat mərhələsində Məhəmmədrəsul Qazıməhəmmədovu (Rusiya) 5:3, 1/4 finalda başqa bir Ermənistan güləşçisi David Safaryanı 12:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Nikolae Koyokaruya (Almaniya) qalib gəlib - 6:0. Güləşçimiz finalda Mustafa Kaya (Türkiyə) ilə qarşılaşacaq.

79 kiloda güləşən Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadze (Gürcüstan), 1/4 finalda isə almaniyalı Franko Mario Buettneri məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Andrey Karpaçla (Belarus) qarşılaşıb və qalib gələrək finala çıxıb. Həsənov həlledici görüşdə Ahmed Hacımaqomedovla (Rusiya) üz-üzə gələcək.

57 kqda Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev (97 kq) startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev  təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, final  və təsəlliverici görüşləri sabah keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30