24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Rafael Ağayev 13-cü dəfə finalda

İspaniyanın Qvadalaxara şəhərində karate üzrə 54-cü Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev yarışın ilk günü tatami üzərinə çıxıb. 75 kq çəki dərəcəsində çıxış edən karateçimiz Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında  Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə üstələyən Rafael həlledici qarşılaşmaya vəsiqə qazanıb.

O, qızıl medal uğrunda döyüşdə finallarda ənənəvi rəqibinə çevrilən Luici Busa (İtaliya) ilə görüşəcək. Həlledici qarşılaşma martın 30-da keçiriləcək. Bu, idmançımızın qitə birinciliklərində 13-cü finalı olacaq.

Xatırladaq ki, 5 qat dünya çempionu olan Ağayev əvvəlki qitə çempionatlarında fərdi yarışlarda 11 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. O, komanda yarışlarına daha 5 bürünc mükafata yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30