19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

“Qəbələ”nin üzvü ölkə çempionu oldu

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” İdman klubunun təmsilçisi Nurlan Qasımov 70 kq çəki dərəcəsində uğurla çıxış edib. Dzaxli kəndini təmsil edən klubun Qəbələ bölməsinin boksçusu keçirdiyi bütün görüşlərdə qələbə qazanıb.

O, Azərbaycan çempionu tituluna yiyələnərək Boks Mərkəzində baş tutan yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qəbələ şəhər 5 saylı orta məktəbin şagirdi olan Qasımov həm də çempionatın ən texnikalı boksçusu seçilib.

Xatırladaq ki, yarışda Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın 268 idmançısı  mükafatlar uğrunda mübarizə aparıb. 6 gün davam edən birincilikdə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr güclərini yoxlayıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30