20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Qəbələ”nin gənc boksçularından 2 medal

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb.

“Qəbələ” İdman Klubunun təmsilçiləri də rinqdə qüvvəsini sınayıb. 5 gün davam edən birincilikdə “Qəbələ”nin iki idmançısı mükafatçılar sırasına düşüb. Boks Mərkəzində təşkil edilən yarışda Fərid İsmayıllı (69 kq) finala qədər bütün rəqiblərini məğlub edib. Klubun Qəbələ bölməsinin yetirməsi olan gənc boksçu yalnız həlledici qarşılaşmada uduzaraq gümüş medala yiyələnib. Mübarizəni yarımfinalda dayandıran Sadıq Sadıqov (81 kq) da fəxri kürsüyə qalxıb. İdmançı birinciliyin bürünc mükafatını qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30