25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Milli üzvləri üçün seminar

Karate üzrə əsas milli komandanın üzvləri üçün yeni mövsüm qabağı yarış qaydalarında yeniliklər və görüşlər zamanı buraxılan səhvlərin aradan qaldırılması üzərində maarifləndirici analitik seminar keçirilib.

Karate federasiyasından Futbolxeber.az saytına verilən məlumata görə, milli komandanın ötən il iştirak etdiyi yarışlardan hazırlanmış seminarı Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayev və Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov təqdim edib.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Denis Morozov komanda üzvləri ilə birgə analitik müzakirə aparıblar. Seminar boyu idmançıları maraqlandıran mübahisəli döyüş epizodları və digər məqamlara aydınlıq gətirilib.  

Artıq ənənə halı alan belə maarifləndirici analitik seminarların idmançıların nəticələrinə müsbət təsir etdiyi diqqətə çatdırılıb. Olimpiadaya hazırlığın bir hissəsi kimi, bundan sonra hər yarışın ardından bu mövzularda seminarın keçirlməsi qərara alınıb. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30