19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Azərbaycan millisində türkiyəli baş məşqçi

Kişilərdən ibarət karate üzrə milli komandaya yeni baş məşqçi təyin olunub.

Futbolxeber.az saytına Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun verdiyi məlumata görə, bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq.

Yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən B.Kandaz, Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.

25 iyun, 1968-ci ildə Türkiyənin Girəsun şəhərində doğulan Bahəttin Kandaz, İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşqul olan mütəxəssis, 20 illik idmançı karyerasında dünya və avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublar arası dünya və avropa çempionu olub. 50 yaşlı mütəxəssis, 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqilik dövründə bir neçə yetirməsi dünya və avropa çempionatlarının qalib və mükafatçısı olub.

B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib. Bahəttin Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı, yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa turniri olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30