18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycan üçün MDB oyunları

Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları keçirilə bilər.
 
Futbolxeber.az-ın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın idman naziri Pavel Kolobkov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bununla bağlı təklif irəli sürüb. 
 
Kolobkov 1-ci MDB Oyunlarını 2020-ci ildə Rusiyanın Kazan şəhərində təşkil etmək istədiklərini bildirib. O, buna tam hazır olduqlarını deyib: "Belə bir möhtəşəm idman tədbirinin birgə təşkili fərqli öləkələrdən olan insanların, mədəniyyətlərin və baxışların idmanda bir araya gəlməsini göstərmək baxımından əhəmiyyətli olacağına əminəm. Biz ilk MDB Oyunlarının təşkilatçısı kimi çıxış etməyə və bu yarışı Kazanda keçirməyə hazırıq”.
 
Qeyd edək ki, MDB 8 dekabr 1991-ci ildə təsis edilib. Təşkilatın həqiqi üzvləri Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Tacikstan və Özbəkistandır. 
 
2019-cu il 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunları keçiriləcək. Bu yarışın ilk təşkilatçısı isə 2015-ci ildə Azərbaycan olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30