20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Cüdoçularımız Abu-Dabidə 3 medal qazandılar

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, mötəbər turnirdə mübarizə aparan Azərbaycan millisinin 3 üzvü medal qazanıb.

“Böyük Dəbilqə”də ölkəmizi -100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Bu çəkidə mükafata layiq yer tutan cüdoçulara medalları Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib. Məhəmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, 62 ölkədən 346 (214 kişi, 132 qadın) cüdoçunun qüvvəsini sınadığı Abu-Dabi turnirində Azərbaycan millisi 8 cüdoçu ilə təmsil olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30