29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Hidayət Heydərov: "Heç bir idmançımız zəif deyildi"

"Fərdi mübarizədə finala vəsiqə qazana bilərdim. Qarışıq komanda yarışında da pis çıxış etmədik. Medal gözləyirdik. Qrupumuz da çətin idi, 5-ci yeri tutduq. Cüdoçularımızın hamısı medal qazansaydı, daha yaxşı olardı".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın cüdo üzrə qarışıq komandasının üzvü Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə Rusiyaya 1:4 hesablı məğlubiyyətdən sonra deyib.

Fərdi yarışda bürünc medal qazanan 21 yaşlı idmançı Azərbaycanın digər cüdoçularının da çıxışlarını dəyərləndirib: "Heç bir idmançımız zəif deyildi. Hamısı yaxşı formada idi. Orxan Səfərov görüşə çıxanda özündən bir az razı idi. Rəqibi məğlub edə bilərdi. Amma boşluğa düşdü və yıxıldı. Halbuki ən azı finalda güləşməya layiq idi. Hakimlər digər idmançılarımıza qarşı çox haqsızlıq etdilər. Nicat Şıxəlizadə də haqsızlıqla üzləşdi. İdmançılarda çatışmayan cəhətlər də var idi, ona görə də məğlub oldular".

73 kq çəkidə çıxış edən cüdoçu qarışıq komanda yarışındakı məğlubiyyətlərini qadınların zəif çıxışı ilə əlaqələndirib: "Qarışıq komanda yarışında əvvəl beş oğlan mübarizə aparırdı. Qızlar da yaxşı mübarizə aparsaydılar, nəinki medal, hətta finala da vəsiqə qazana bilərik. Qadın cüdoçularımız əvvəl lap zəif çıxış edirdilər. Məşqçi Natiq Bağırov onların üzərində çalışıb. İndi bir az yaxşıdırlar. İnanıram ki, gələcək yarışlarda daha da yaxşı olacaqlar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31