20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Cüdo millimiz komanda yarışında V oldu

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında beşinci yeri tutub.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub.  Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.

Kişilərdən Tural Safquliyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.

Növbəti mərhələdə Azərbaycan yığması turnirin əsas favoriti Yaponiya ilə üz-üzə gəlib. Görüş "gündoğar ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.

Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.

Ardınca yığmamız dünya çempionatında təsəlliverici görüşə çıxıb. Rəqib Hollandiya yığması olub. Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 4:2.

Heyətdəki qadın cüdoçulardan İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə rəqibinə məğlub olub.

Kişilərdən Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) da rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə rəqibinə məğlub olub.

Bununla da Azərbaycan komandası bürünc medal görüşünə vəsiqə qazanıb.

Yığma bürünc medal uğrunda görüşdə Rusiya kollektivinə 1:4 hesabı ilə uduzub.

Azərbaycan - Rusiya 1:4

57 kq. İçinxorlu Munxtsedev - Anastasiya Konkina 0:1

70 kq. Günel Həsənli - Alena Prokopenko 0:1

90 kq. Məmmədəli Mehdiyev - Mixael İqolnikov 0:1

+90 kq. Uşangi Kokauri - İnal Tasoyev 0:1

73 kq. Hidayət Heydərov - Musa Moquşkov 1:0

+70 kq. İrina Kindzerska - Anzela Qasparyan - görüş keçirilməyib

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30