28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Cüdo millimiz dünya çempionatında 11-ci oldu

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, komanda üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub. Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub.

Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib.

Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. 14 qızıl medaldan yarısı Yaponiyaya qismət olub. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "Gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb. Mükafatçılar sırasına düşə biməyənlərdən 1-i isə 5-ci yerlə kifayətlənib. Qadın cüdoçulardan hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib. Ən yüksək əyarlı medallar 60 kq və 66 kq çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan 1-i 100 kq, digəri isə 100 kq-dan yuxarı çəkilərdə mübarizə aparıb.

Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.

Ümumilikdə medalçılardan Yaponiya (7; 5; 4), Cənubi Koreya (2; 0; 1), İran (1; 0; 1), Qazaxıstan (0; 1; 1) və Monqolustan (0; 0; 3) Asiyanı, Fransa (1; 1; 2), Gürcüstan (1; 1; 1), Ukrayna (1; 0; 1), İspaniya (1; 0; 0), Rusiya (0; 1; 2), Hollandiya (0; 1; 2), Azərbaycan (0; 1; 1), Böyük Britaniya (0; 1; 0), Türkiyə (0; 0; 2), Almaniya (0; 0; 1), Sloveniya (0; 0; 1), Bosniya və Herseqovina (0; 0; 1) Avropanı, Kuba (0; 2; 0), Braziliya (0; 0; 1), Kanada (0; 0; 1), Argentina (0; 0; 1), Kolumbiya (0; 0; 1) Amerikanı təmsil edir.

Qeyd edək ki, dünya çempionatında iştirak edən cüdoçulara reytinq xalları da verilib. Çempionlar 2000 xal, vitse-çempionlar 1400 xal, bürünc mükafatçılar hərəyə 1000 xal, 5-ci yerin sahibləri 720 xal, 7-ci yerin sahibləri 520 xal, 1/8 finalda uduzanlar 320 xal, 1/16 finalda uduzanlar 240 xal, 1 görüşdə qalib gələnlər 200 xal, ilk oyundaca məğlub olanlar 20 xal əldə ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31