20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Marius Vizer BOS-da cüdo zalı ilə tanış olub

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib. 

Futbolxeber.az saytının məlumatına görə, ali cüdo qurumunun rəhbəri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub. Ziyarət zamanı M.Vizerə təlim-məşq bazasında Azərbaycanın yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib.

IJF-in prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, təlim-məşq bazası 2017-ci ilin noyabrında istifadəyə verilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30