19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Millimizin kapitanı: "Daha yaxşı nəticələr qazana bilərik"

Çimərlik futbolu üzrə Azərbaycan millisinin kapitanı Asif Zeynalov Futbolxeber.az saytına açıqlama verib.
 
O, millimizin çıxış etdiyi İtaliyadakı Superfinal barədə fikirlərini bizimlə bölüşüb: “İtaliyadakı oyunlarda yaxşı oynayıb, yaxşı nəticə qazanmağa çalışdıq. Əlimizdən gələni etdiyimizi düşünürəm. Azərbaycanda son illərdə çimərlik futbolunda böyük yüksəliş var. Gələcək illərdə millimiz daha da güclənsə, daha yaxşı nəticələr qazanacaq. B divizionunda oynayırdıq, orada da güclü komandalarla oynayıb çempion olduq. İki ildi ki, A divizionunda mübarizə aparırıq və bu il də Superfinala vəsiqə qazanmışıq. Olduqca güclü komandalara qarşı oynayırıq, çalışırıq ki, Azərbaycanı layiqincə təmsil edək”.
 
Millimizin kapitanı qarşıdakı turnirlərdə də Azərbaycanı ciddi sınaqların gözlədiyini bildirib: “Təbii ki, yerimizdə saymaq fikrimiz yoxdu. Biz daha güclü olmağa, daha yaxşı nəticələr verməyə çalışırıq. Zeynal Zeynalova da öz təşəkkürümü bildirmək istəyirəm. Onun bizim üstümüzdə əziyyəti çox olub. Gələn il Avroliqada və Dünya çempionatının seçmə mərhələsində Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Azərbaycan millisində oynamağımla yanaşı mən həm də FHN-ni təmsil edən idmançılardan biriyəm. Orada çalışsam da, rəhbərlik Azərbaycan millisində oynamağa hər zaman şərait yaradır. Ona görə də FHN rəhbərliyinə, cənab Kəmaliddən Heydərova da təşəkkürümü bildirirəm. Bizim də məqsədimiz Azərbaycanı Avropa və dünya arenalarında layiqincə təmsil etməkdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30