28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Cüdo üzrə dünya çempionatı ilə əlaqədar incəsənət və idman sərgisi

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə əlaqədar incəsənət və idman sərgisi təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, qurumun vitse-prezidenti Sadıq Sadıqov, Avropa Olimpiya Komitələrinin (EOC) sabiq prezidenti Patrik Hikki, IJF İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak ediblər.

Sərgidə polşalı Monika Qloviçki, rusiyalı Yelizaveta Aleksandrova, fransalı Raymon Pule, rumıniyalı Yevgen Vasile və ingiltərəli Neyl Ekkersli, eləcə də azərbaycanlı - Bəhram Bağırzadə, Cəsar Məmmədov, Rahib Qarayev, Zamiq Rzayev və Aynur Sakitqızının əsərləri nümayiş olunub.

Tədbirdə çıxış edən M.Vizer qonaqları salamladıqdan sonra sərgidə əsərləri nümayiş olunan incəsənət xadimlərini təqdim edib. Qurumun rəhbəri cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

R.Abdullayev isə cüdo və incəsənətin çox yaxşı vəhdət təşkil etdiyini söyləyib: “Hamınız xoş gəlmisiniz. Bu gün görkəmli incəsənət xadimlərinin əsərləri sərgiyə qoyulub. Burada cüdo ailəsinin incəsənət aləmi ilə birəşməsini görürük. Cüdo da bir incəsənət, fəlsəfədir. Bu iki incəsənətin vəhdəti çox yaxşı alınıb. Azərbaycan cüdosu ilə yanaşı, incəsənəti ilə də tanış olmağınızı istəyiriəm”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31