18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Ramil Quliyevdən növbəti parlaq qələbə

Azərbaycanlı atlet Ramil Quliyev növbəti parlaq qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Türkiyəni təmsil edən həmyerlimiz “Brilliant liqa”nın Stokholmda keçirilən növbəti mərhələsində 200 metr məsafədə birinci olub.

Ramil Quliyev 19,92 saniyə ərzində finişə çatmaqla ən yaxın izləyicisi kanadalı Aron Braunu 0,15 saniyə qabaqlayıb.

Xatırladaq ki, iyunun 7-də Ramil “Brilliant liqa”nın Osloda keçirilən mərhələsində də birinci olmuşdu. Norveç paytaxtında Quliyev mövsüm ərzində ən yaxşı nəticəsinə imza atmışdı - 19,90.

Ramil Quliyev Stokholmdakı qələbəsi haqda bunları deyib: “Daha sürətli olacağımı düşünsəm də, ümumi götürdükdə vəziyyət normaldır. Avropa çempionatında bundan da yaxşı çıxış edəcəyimi hesab edirəm”.

Qeyd edək ki, “Brilliant liqa” 7 mərhələdən ibarətdi. Avqustun 31-də Brüsseldə keçiriləcək sonuncu mərhələ həlledici hesab olunur. Hər mərhələdə atletlər göstərdikləri nəticəyə əsasən xal qazanırlar ki, sonuncu mərhələdə xallar ikiyə vurulur.

Hazırda Ramil Quliyevin hesabında 24 xal var və ümumi sıralamada o, ikinci pillədə qərarlaşıb. Lider isə 25 xala malik Aron Braundu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30