19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Məmmədyarov ittihamlara cavab verdi

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Sergey Karyakin öz aralarında danışılmış oyunlar keçirdiklərinə dair dünya çempionu Maqnus Karlsenin ittihamlarına cavab veriblər.

Futbolxeber.az saytının “TV 2”yə istinadən verdiyi məlumata görə, Karyakin Məmmədyarovla dost olduğunu etiraf edib. Lakin o, matçın danışılmış olmadığını bildirib: “Biz dostuq, amma yarışırıq. Hər ikimiz qalib gəlməyə çalışırıq və bu nəticə heç birimizə kömək edən deyil. Mən də hərdən adlarını çəkmək istəmədiyim bəzi oyunların danışılmış olduğunu düşünürəm. Lakin belə olaylar bu səviyyədə nadir hallarda baş verir”.

Məmmədyarov da ittihamı əsasız sayıb. Lakin azərbaycanlı qrossmeyster bu cür razılaşmaların mümkünlüyün etiraf edib: “Ötən dəfə qalib gəldiyim üçün Sergey revanş götürmək istəyirdi. Üstəlik, mən ağ fiqurlarla oynayırdım. Bəzən elə alınır ki, artıq matçdan öncə təslim olursan. Bu, hər dəfə, hər turnirdə baş verməyə bilər. Amma sən xəstəsənsə və ya əhvalın pisdirsə, üstəlik, ağ fiqurlara qarşı oynayırsanda, bu cür hallar baş verir. İdman və azarkeşlər üçün doğru olanı isə mübarizə aparmaqdır. Fikrimcə, yaxşısı, qalib gəlməyə çalışmaqdır”.

Qeyd edək ki, Maqnus Karlsen Şəhriyar Məmmədyarovla Sergey Karyakini Norveçdə keçirilən Stavanger superturnirinin III turunda öncədən heç-heçəyə razılaşmaqda ittiham edib (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30