18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Maqnus Karlsen Şəhriyar Məmmədyarovu danışılmış oyunlarda ittiham etdi

 

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu rusiyalı Sergey Karyakinlə danışılmış oyunlar keçirməkdə ittiham edib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, Karlsen bunu Norveçdə keçirilən Stavanqer superturnirində iki şahmatçı arasında heç-heçə ilə nəticələnən III tur qarşılaşması barədə TV2-yə danışarkən bildirib.

O deyib ki, Məmmədyarovla Karyakin əvvəlki turnirlərdə də heç-heçəyə razılaşıb: "Onlar Norveçdə də əvvəlcədən razılaşmışdılarsa - hərçənd, heç bir sübutum yoxdur - buna təəccüblənmərəm. Bəlkə birgə çalışan və dost olan insanların partiyaları izlənilsin?! O zaman yalanı üzə çıxarmaq olar. Belə hallara maraqla tamaşa edirəm. Xoşbəxtlikdən, dünya çempionatlarında bu, mümkün deyil. Özüm məşğul olmuram, amma bunu digər insanların etməsinə mane olmaq çətindir".

Stavanqer superturnirində Şəhriyar Məmmədyarov ağ fiqurlarla Sergey Karyakinlə III tur qarşılaşmasını 28-ci gedişdə heç-heçə ilə başa vurub. Apreldə Vüqar Həşimovun xatirəsinə keçirilmiş "ShamkirChess 2018" superturnirində onlar 57-ci gedişdə heç-heçəyə razılaşıblar. Martda Almaniyanın paytaxtı Berlində təşkil olunmuş İddiaçılar Turnirində isə Məmmədyarov ilk turda qara fiqurlarla Karyakini 71-ci gedişdə yensə də, ağ fiqurlarla keçirdiyi VIII tur qarşılaşmasını 30-cu gedişdə "sülh"lə başa vurub. Stavanqer superturnirində 7 turdan sonra Karyakin Uesli So (ABŞ), Vişvanatan Anand (Hindistan) və Levon Aronyanla (Ermənistan) birgə ilk "4-lüy"ü, Məmmədyarov isə Karyakin, Hikaru Nakamura (ABŞ) və Fabiano Karuana (ABŞ) ilə birgə 5 - 8-ci yerləri bölüşür. Bu gün keçiriləcək VIII turda Karlsen ağ fiqurlarla Məmmədyarovu sınağa çəkəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30