24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

İlham Əliyev Beynəlxalq Velosipedçilər Birliyinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni qəbul edib.
 
Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, David Lappartye velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlməsindən məmnunluğunu ifadə etdi. O, bu tədbirin mühüm beynəlxalq idman yarışı olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirdi. Azərbaycanda beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyən David Lappartye Bakıda birinci Avropa Oyunlarının açılışının gözəl təşkil olunduğunu və orada iştirakını məmnunluqla xatırladı.
 
Dövlətimizin başçısı Bakıda keçirilən velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının önəminə toxunaraq Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeyə Azərbaycanda velosiped idman növünün inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasına və ümumilikdə idmanın inkişafına təkan verir.
 
Söhbət zamanı Azərbaycanda idmanın sürətli inkişafı, ölkəmizdə müxtəlif idman növləri üzrə ən müasir infrastrukturun yaradıldığı məmnunluqla qeyd olundu, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi vurğulandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30