29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Dünya çempionatı: hər 3 idmançımız 1/4 finaldan kənarda qaldı

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında bu gün ikinci yarış günüdür.

Futbolxeber.az saytının məlumatına görə, yeniyetmə (Challenge) kateqoriyada qaliblər müəyyənləşəcək ki, mübarizəyə qoşulan idmançılar arasında 3 təmsilçimiz də olub.

11 yaşlı oğlanların mübarizəsində Xəyal İbrahimov 23-cü yürüşdə Adrev Posthumus (CAR ), Matiss Mazrims (Latviya), Luke Sovpal (Kanada), Aurellien Bresson (Fransa), Ralf Qrimmett (Böyük Britaniya), Kalium Voodbury (Avstriya) və Konnor Enlovla (ABŞ) mübarizə aparıb. ABŞ təmsilçisi yarışda qatılmayıb. Xəyal İbrahimov hər 3 cəhddə finişə sonuncu çatıb. Bununla da, o, 1/4 finaldan kənarda qalıb. 

Bu yaş kateqoriyasında digər təmsilçimiz Justinas Pavlovas isə Braden Şhutte (CAR), Reinars Pavlovs (Latviya), Federiko Pasa (İtaliya), Aliks Desilles (Fransa), Taylor Hunt (Böyük Britaniya), İlia Deviatkin (Ukrayna) və Aiden Veaverlə (ABŞ) mübarizədə ilk “dördlüy”ə düşməyə və 1/4 finala adlamağa çalışıb. Amma Pavlovas da hər 3 cəhddə sonuncu yeri tutub. 

12 yaşlı oğlanların mübarizəsində isə təmsilçimiz Soltan İsrafilov Kameron Vyatt (Avstriya), Maykl Kamarqo Pradet (Kolumbiya), Justus Arlinqhaus (Almaniya), Ruben Eugenie (Fransa), Alessandro Bielli (İtaliya) və Brent Consonla (CAR) yarışıb. Digər iki idmançımız kimi İsrafilov da uğursuzluğa düçar olub. O, 3 mərhələnin 3-də də sonuncu olub. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31