24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Karateçilərimiz İstanbula yollanır

Mayın əvvəli Avropa çempionatından dönən karate üzrə əsas milli komandamız, 8-10 iyun tarixlərində İstanbulda Karate1 Premyer Liqa turnirində iştirak edəcək. 

Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 19 idmançı yer alıb.

Kişilərdən ibarət miili komandanın baş məşqçisi Şahin Xudaverdiyev Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (+84 kq) etimad göstərib.

Qadınların baş məşqçisi Anar Allahverdiyev Nuranə Əliyevanı və Fidan Teymurovanı (-50 kq), eləcə də İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) heyətə daxil edib.

Baş məşqçi Vahid Ayvazovun çalışdırdığı kataçılar isə fərdi yarışlarda Roman Heydərovla, komanda çıxışlarında Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyətlə mübarizə aparacaq. 

Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq. Mövsümün yeddi Karate1 Premyer Liqa turnirindən olan beşinci nüfuzlu yarışa 63 ölkədən 607 idmançı qatılacaq. Premyer Liqa yarışlarında medallardan başqa hər bir qələbə, idmançılara dünya reytinq xalları qazandırır.

6 iyunda Türkiyəyə yola düşəcək milli komandamız ayın 11-də vətənə qayıdacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30