19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Fariz Məmmədov: “Dünyanın gözü Azərbaycanda olacaq”

İyunun 2-də Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks yarışı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, gecənin əsas döyüşündə agır çəki dərəcəsində IBO və WBCA dünya kəməri uğrunda ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lorena 12 raundluq mübarizədə üz-üzə gələcəklər. 

Bundan başqa, azərbaycanlı boksçuların da iştirak edəcəyi bir neçə beynəlxalq reytinq döyüşü olacaq.

Boks gecəsi ilə bağlı Azərbaycan Boks Federasiyasının nümayəndəsi, peşəkar boksçular arasında dünya və Avropa çempionu Fariz Məmmədov qol.az-a fikirlərini açıqlayıb:

“Bu, çox gözəl və əlamətdar hadisədir, bir idman bayramıdır. Demək olar ki, bir daha bütün dünyanın gözü Azərbaycanda olacaq. Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş bir boks gecəsidir. Ona görə də ikiqat bayram olacaq. İBO versiyası üzrə dünya kəməri uğrunda döyüşə ev sahibliyi etmək həqiqətən möhtəşəm hadisədir. Bu münasibətlə idmansevərləri təbrik edirəm.  Kevin Loreno dünya çempionudur. O, öz titulunu qorumağa çalışacaq.

Roman Qolovaşenko isə IBO verisyası üzrə qitələrarası çempion, IBF versiyası üzrə Avropa çempionudur. Onu deyə bilərəm ki, çox möhtəşəm boks gecəsi olacaq. Çoxdandır belə boks bayramı keçirilmir. Əminliklə deyirəm ki, boks azarkeşləri gözəl bayram əhval-ruhiyyəsi yaşayacaq. İBO çox məşhur versiyadır. Bu kəmər uğrunda Vladimir Kliçko da vuruşub.

Boks gecəsində bir neçə beynəlxalq reytinq döyüşləri olacaq. İdmançılarımızdan Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Macarıstan və Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək”.

F.Məmmədov yarışın Azərbaycanda keçirilməsinin təşəbbüskarlarına minnətdarlığını bildirib:

“Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Yaşar Niftalıyev mənim şəxsi promoturum, menecerimdir. Keçmiş boksçu olub. Onun təşəbbüsü ilə bu yarış Bakıda keçiriləcək.  “Qəbələ” İdman Klubunun rəhbərliyinə də təşəkkür edirəm ki, bizim bu təklifimizi dəstəklədilər və bu gözəl boks gecəsi üçün bizə dəstək oldurlar. Belə döyüşləri Azərbaycana salmaq asan məsələ deyil. ABŞ, Ukrayna, Rusiya kimi ölkələr qaldı qıraqda, Azərbaycan ev sahibi oldu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30