19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Qəbələ”nin təşkilatçılığı ilə möhtəşəm boks gecəsi

İyunun 2-i Bakı növbəti möhtəşəm boks gecəsinə şahidlik edəcək.

Futbolxeber.az saytının məlumatına görə, Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçiriləcək.

Gecənin əsas döyüşündə ağır çəki dərəcəsində IBO və WBCA dünya kəməri uğrunda ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lorena 12 raundluq mübarizədə üz-üzə gələcəklər.

Boks gecəsində həmyerlimiz Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək. Qarşılaşmalar saat 20:00-da start götürəcək.

Sözügedən möhtəşəm turnir ilə bağlı mətbuat konfransı və boksçuların rəsmi çəkiölçmə marasimi iyunun 1-i saat 14:00-da Boks Federasiyasının Mətbuat Zalında keçiriləcək (AMAY ticarət mərkəzinin yaxınlığı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30