25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Dünya Kuboku: Gimnastlarımızdan bir dəst medal

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, qrup hərəkətləri komandamız 3 dəfə fəxri kürsüyə yüksəlib.

Bütün mümkün finallarda medal qazanan qızlarımız - Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.

Turnirin son günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdikləri kompozisiya gümüş medalla mükafatlandırılıb.

Növbəti - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız Dünya Kubokunun qızıl medalına yiyələnməklə, Azərbaycan himnini Portimao arenasında səsləndiriblər  (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30