19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Avropa kubokunda “Qəbələ” finalı

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, yarış Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb. Kişilərin 60 kq çəki dərəcəsində finalda klubun iki üzvü qarşılaşıb.

Mehman Sadıqov həlledici görüşədək rusiyalılar Şaxzod Amonov, Obid Dzebov, fransalı Yolan Florimont və daha bir meydan sahibi İvan Dolqixə qalib gəlib. Kəramət Hüseynov finaladək rusiyalılar Danila Kurtaşov, Sergey Abian, Dmitri Kulikov və Baxriddin Muminovla qarşılaşıb. Avropa kubokundakı “Qəbələ” finalında isə Sadıqov ipponla qalib gələrək qızıl medala yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30