25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu

Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da Türkiyənin Ordu şəhərində təşkil olunan bu ölkənin çempionatında uğurla çıxış ediblər.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.

Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib - o, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.

Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30