23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Synergy Baku”dan Türkiyədə daha bir uğur

Ölkəmizin “Synergy Baku” kontinental velosiped komandası Türkiyədə keçirilən “Tour of Mersin” yarışına uğurla başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 4 günlük yarışının ilk mərhələsi Azərbaycanın Elit yığması və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.

123 km məsafəni hamıdan tez başa vurmaqla finiş xəttini 1-ci keçən təmsilçimiz bununla həm də ümumi təsnifatda liderliyi ələ keçirib. Mərhələ qalibiyyəti həmçinin velosipedçimizə 7 reytinq xalı da qazandırıb.

Sabah keçiriləcək 2-ci mərhələdə velosipedçilər 164,4 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” “Tour of Mersin” yarışında Elçin Əsədov, Kərim Şirəliyev, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Telman Vəliyev, Musa Mikayılzadə və Kənan Qəhrəmanlı ilə təmsil olunur.

Xatırlatmaq yerinə düşər ki, Kiril Pozdnyakov bu ilin fevralında Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisində də qələbə sevinci yaşamışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30