24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm"

Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov azarkeşlərə təşəkkür edib.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı qrossmeyster şəxsi Facebook hesabı vasitəsi ilə yarış ərzində ona dəstək olan şəxslərə minnətdarlığını çatdırıb. O, turnirin qalibi ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib:
 
“Dostlar, sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm. Demək istədiyim budur - yaxşı ki, varsınız. Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm. Amma sonuncu olmaq hissiyatını yaxın belə, buraxmadım. Çox sağ olun, mənə sona qədər inandınız. Bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsınız. Biz geri qayıdacağıq. Uğurlar və 10 dəfə çox sağ olun”.
 
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30